CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət xətti ilə 3647 mənzil kirayə verilib

Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Sputnik
BAKI, 8 iyul - Sputnik. İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb.
Azərtac Fonda istinadla xəbər verir ki, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 361 milyon 950 min manatdır. Kirayəçilərin istifadəsinə 3647 yaşayış sahəsi verilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.