CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş-on vətəndaşı razı salmaqla tarixi məhv etmək olmaz - Millət vəkili

Millət vəkili bildirib ki, bu gün məhəllə evlərini alıb orada tikinti işlərini həyata keçirirlər. Nəzərə almırlar ki, həmin ərazilərdə tariximiz yaşayır.
Sputnik
BAKI, 8 iyul — Sputnik. "Şəhərlərin baş planı olmadan torpaqlar satılır, tikinti üçün verilir". Bunu millət vəkili Naqif Həmzəyev "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda deyib.
O bildirib ki, bəzi tikinti şirkətləri ərazinin tarixi əhəmiyyəti olub-olmamasına fikir vermir:

“Gəncədə tunc dövrünə aid xüsusi arxeoloji ərazilər var. Bununla belə həmin ərazilərdə tikinti işləri həyata keçirilir. Bu kimi hallar çoxdur”.

Naqif Həmzəyev- Milli Məclisin üzvü
Deputat bildirib ki, hazırda məhəllə evlərini alıb orada tikinti işlərini həyata keçirirlər. Nəzərə almırlar ki, orada bizim tariximiz yaşayır.

"Yalnız gəlir qazanmaq, beş-on vətəndaşı razı salmaqla tariximizi məhv etməməliyik”, - deyə N.Həmzəyev əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.