DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

XİN: Çin İranın nüvə probleminin siyasi həllini təşviq etməyə davam edəcək

BMT Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsinin mahiyyəti Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) həyata keçirilməsidir.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Çin İranın nüvə probleminin siyasi-diplomatik həllini təşviq etməyə davam edəcək. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin cümə günü keçirdiyi brifinqdə bildirib.
İyulun 6-da BMT Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yaradılmasını təmin edən 2231 saylı Qətnamənin icrasına dair iclası keçirilib.
"BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin mahiyyəti Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) həyata keçirilməsidir. İranın nüvə problemi ətrafında yaranmış vəziyyətin səbəbi ABŞ-ın birtərəfli qaydada JCPOA-dan çıxması və İrana güclü təzyiq göstərməsidir", - deyə Van Venbin bildirib.
O qeyd edib ki, maraqlı tərəflər üçün hazırkı prioritet JCPOA-nın dialoq və danışıqlar yolu ilə tam və effektiv icrasını bərpa etməkdir.
Diplomat həmçinin diplomatik səylərə şərait yaratmaq üçün vəziyyətin gərginləşməsinə və ziddiyyətlərin kəskinləşməsinə səbəb ola biləcək hər hansı tədbirlərin görülməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
"Çin müvafiq tərəflərlə qarşılıqlı əlaqə və koordinasiyanı davam etdirəcək, JCPOA-nın mümkün qədər tez bərpasına kömək edəcək, BMT Təhlükəsizlik Şurasının 2231 saylı səlahiyyətini və effektivliyini dəstəkləyəcək və İranın nüvə məsələsinin siyasi-diplomatik həllini irəli sürəcək", - deyə o vurğulayıb.