CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstehlakçı hüquqları ilə bağlı qanuna dəyişiklik olunacaq

Bunun üçün yerli və beynəlxalq mütəxəssislər cəlb olunub.
Sputnik
BAKI, 7 iyul - Sputnik. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun”a 200-ə dək dəyişiklik olacaq.
Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.
O, deyib ki, bunun üçün yerli və beynəlxalq mütəxəssislər cəlb olunub. Onların rəyi nəzərə alınmaqla təkliflər dövlət qurumlarına təqdim ediləcək.