RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya SQ-nin üstünlüyü səbəbindən Ukrayna SQ üçün əks-hücum çətinləşir

Ukraynalı hərbçilər ağır zərbələr endirən Rusiya pilotsuz təyyarələrini xüsusi qeyd edirlər.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Rusiya ordusunun qüvvələrinin üstünlüyü səbəbindən Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı keçirməsi getdikcə çətinləşir.
Bunu Almaniyanın "Bild" qəzeti yazır.
Nəşr Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə istinad edərək yazır ki, onların RF Silahlı Qüvvələrinin aviasiyasının öhdəsindən gəlmək üçün kifayət qədər silahları yoxdur. Ukraynalı hərbçilər ağır zərbələr endirən Rusiya pilotsuz təyyarələrini xüsusi qeyd edirlər.
"Ruslar bizim bütün hərəkətlərimizi görür. Adətən yalnız gecələr hərəkət edə bilirik. Bizə gecəgörmə cihazları lazımdır, zirehli transportyorlara da təcili ehtiyac var. Düşmən bizi helikopterlər, təyyarələr, tank əleyhinə silahlarla təqib edir", - deyə ukraynalı əsgərin sözləri sitat gətirilir.
Bundan əvvəl Ukraynanın keçmiş Prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, ölkənin Baş Qərargahı nəhayət ki, hərbçilərin Rusiya Silahlı Qüvvələrinin möhkəmləndirilmiş mövqelərinə hücum etmək üçün artıq heç nələri olmadıqlarını deməyə başlayıb.