RUSİYA

RF SQ-nin Suriyadakı hərəkətləri ilə bağlı ABŞ-ın bəyanatları sağlam düşüncədən uzaqdır

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya hərbi qulluqçularının Suriyada yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirib.
Sputnik
BAKI, 7 iyul — Sputnik. ABŞ hakimiyyətinin Rusiya hərbçilərinin Suriyadakı hərəkətləri ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya Silahlı Qüvvələrinin Suriyada guya terrorizmlə mübarizəyə mane olması ilə bağlı Pentaqonun bəyanatlarını şərh edərkən bildirib.
Rusiyanın ABŞ-dakı səfirliyinin "Teleqram" kanalında diplomatdan sitat gətirilib: "Rusiya hərbi qulluqçularının Suriyada yüksək peşəkarlıq nümayiş etdirən hərəkətlərinə müntəzəm və bəzən ləyaqət hüdudlarını aşan hücumlar sağlam düşüncədən məhrumdur".
Antonovun fikrincə, ABŞ Müdafiə Nazirliyinin bu cür bəyanatları Suriyada amerikalıların gündəlik uçuş təhlükəsizliyi qaydalarını pozmasından diqqəti yayındırmağa xidmət edir.
Səfir qeyd edib ki, terrorizmlə mübarizə bəhanəsi ilə onun bəzi ərazilərini faktiki işğal etmiş ABŞ ordusunun Suriyada mövcudluğu beynəlxalq hüquqa ziddir.
"ABŞ-ın Suriya istiqamətindəki siyasəti, şübhəsiz ki, güclü dağıdıcı enerji daşıyır", - deyə Antonov vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Suriyadakı beynəlxalq terror qruplaşmalarından birinin yaraqlılarına zəhərli maddələrlə dolu raketlər ötürdüyü məlum olub.