BAKI, 7 iyul — Sputnik. Əgər "Naftoqaz Ukrayna" pis niyyətlə hərəkət etməkdə davam edərsə, o zaman Rusiya ona qarşı sanksiyalar tətbiq edə bilər.
Bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.
Onun sözlərinə görə, Ukrayna şirkəti Rusiya qazının Avropaya tranziti ilə bağlı hüquqi prosesləri təşkil etmək cəhdlərini davam etdirir.
"Naftoqaz" artıq ABŞ məhkəmələrində Rusiya Federasiyasına qarşı çox milyard dollarlıq iddia qaldırıb", - deyə Miller bildirib.
O, aydınlaşdırıb ki, sanksiyaların tətbiq olunacağı təqdirdə Rusiya şirkətləri ilə "Naftoqaz" arasında hər hansı əlaqə mümkünsüz olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bir qədər əvvəl bəyan etdiyi kimi, vəkillər bu işdə dövlətin qanuni hüquqlarını müdafiə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.