AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Münasibətlərimizdə yeni səhifə açılacaq

Azərbaycan və Albaniya prezidentləri gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyəti müzakirə ediblər.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Bu gün biz ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq, gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik.
Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar.
"Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və münasibətlərimizdə, həmçinin yeni səhifə açılacaq", - deyə Prezident əlavə edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
"Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir"