BAKI, 7 iyul — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edəcək. Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Ermənistan və Gürcüstan baş nazirləri arasında təkbətək danışıqlar, eləcə də nümayəndə heyətlərinin geniş tərkibdə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, sonuncu dəfə Ermənistan və Gürcüstan hökumət başçıları Yerevanda görüşüblər. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün yanvarın 12-də Ermənistana səfər edib.