RUSİYA

OPEK-in baş katibi Rusiya enerji həftəsində iştirak etməyi planlaşdırır

Haysam əl-Qays, yəqin ki, oktyabrda Moskvada keçiriləcək Rusiya Enerji Həftəsi üçün Rusiyaya səfər edəcək.
Sputnik
BAKI, 7 iyul — Sputnik. OPEK-in baş katibi Haysam əl-Qays Rusiyaya səfər etməyi planlaşdırır. Böyük ehtimalla o, oktyabrda Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində iştirak edəcək.
Bu barədə jurnalistlərə baş katibin özü bildirib.
"Mən yəqin ki, oktyabrda Moskvada keçiriləcək Rusiya Enerji Həftəsi üçün Rusiyaya səfər etməyi planlaşdırıram", - deyə o, OPEK seminarı çərçivəsində söyləyib.
Bu, əl-Qaysın OPEK-in baş katibi kimi Rusiyaya ilk səfəri olacaq.
Xatırladaq ki, Haysam əl-Qays bu vəzifəyə ötən il avqustun 1-dən başlayıb. O, 2022-ci il iyulun 5-də vəfat edən keçmiş baş katib Məhəmməd Barkindonu əvəzləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.