SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN-dən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.
Sputnik
BAKI, 7 iyul — Sputnik. "Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq".
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə yazıb.
O bildirib ki, bu, məhkəmənin yekdil qərarı olub.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.
Xatırladaq ki, iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
DÜNYA XƏBƏRLƏRİ
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini rədd edib