SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan daha bir ölkədə səfirlik açır

"Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Azərbaycan Slovakiyada səfirlik açır.
Bununla bağlı Milli Məclisə (MM) qanun layihəsi daxil olub.
Belə ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə MM-in iclasına tövsiyə olunub.