CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AYNA parklanma tarifləri ilə bağlı məsələyə aydınlıq gətirdi

Hazırda küçə parklanma yerlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri əsas götürülməklə müvafiq tədbirlər görülür.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, hazırda küçə parklanma yerlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri əsas götürülməklə müvafiq tədbirlər görülür. Hökumətin qərarı dövlət avtomobil yollarının tərkibinə daxil olan küçələrdəki parkinqlərə aiddir. Hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçinin özü qəbul edəcək.
AYNA həmçinin bəyan edb ki dövlətə məxsus parklanma yerlərinin icarəyə veriləcəyi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.