BAKI, 6 iyul — Sputnik. Ukraynanın hücumu rus qoşunlarının istehkamları və müdafiəsi səbəbindən böyük problemlərlə üzləşib.
Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq "Politico" qəzetinə müsahibəsində deyib.
Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin problemləri ilə bağlı bunları söyləyib: "Onlar çətin relyef və möhkəm Rusiya müqaviməti ilə üzləşirlər".
O, həmçinin qeyd edib ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinə hücum hərəkətləri etməyə imkan verməyən bir çox müdafiə xəttləri hazırlayıblar. Stoltenberqin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin müdafiəsi Ukraynanın hücumunun sürətinə çox təsir edir.
Qeyd edək ki, Rusiya bölmələri Ukrayna Silahlı Qüvvələrinin Krasnolimanski istiqamətində hücumunu uğurla dəf ediblər. Düşmən canlı qüvvə və hərbi texnikada ciddi itki verərək bundan sonra geri çəkilib.
Bundan əlavə, rus qoşunları Donetsk Xalq Respublikasında - Soledar yaxınlığında Ukrayna bölmələrinin hücum cəhdinin qarşısını ala biliblər. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi gecə saatlarında pilotsuz təyyarənin köməyi ilə qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.