RUSİYA

Rusiyanın makroiqtisadi göstəriciləri gözləniləndən daha yaxşıdır - Peskov

Cümə axşamı Moskva birjasında dolların məzənnəsi 93 rublu, avro isə 2022-ci ilin martından bəri ilk dəfə olaraq qısa müddətə 102 rublu ötüb.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Rusiyada makroiqtisadi sabitliyə dair heç bir sual yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rublun məzənnəsindəki dalğalanmaları şərh edərkən bildirib.
Cümə axşamı Moskva birjasında dolların məzənnəsi 93 rublu, avro isə 2022-ci ilin martından bəri ilk dəfə olaraq qısa müddətə 102 rublu ötüb. RİA Novosti-yə müsahibə verən ticarət sənayesinin nümayəndələri xəbərdarlıq ediblər ki, Rusiyada avadanlıq və elektronikanın qiymətləri məzənnədən çox asılıdır, ona görə də rublun uzun müddət zəifləməsi ilə piştaxtalarda olan məhsulların maya dəyəri də artacaq.
"Makroiqtisadi göstəricilər əslində gözləniləndən daha yaxşıdır, bu, Baş nazir Mixail Mişustinlə Prezident Vladimir Putinin son görüşündə də müzakirə olunub. Ona görə də burada makroiqtisadi sabitlikdən söhbət gedə bilməz", - deyə Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.