BAKI, 6 iyul — Sputnik. Rusiyada hərbi xidmətə çağırılan və hərbi komissarlığa gəlməyən vətəndaşlar yol polisi vasitəsilə sürücülük vəsiqələrini dəyişdirə və ya digər dövlət xidmətləri ala bilməyəcəklər. Bunu Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin rəisi Mixail Çernikov bildirib.
Çernikovun sözlərinə görə, idarə hərbi komissarlıqlarla inteqrasiya olunmuş məlumat bazasından istifadə edir ki, bu da hərbi xidmətdən yayınanlar haqqında məlumatları əks etdirir.
"Belə vətəndaşlara dövlət xidmətləri göstərilməyəcək - onlar nə sürücülük vəsiqəsini dəyişdirə, nə də onu yenidən ala, yaxud hər hansı qeydiyyat və imtahandan bilməyəcəklər", - deyə Çernikov mətbuat konfransında jurnalistlərə bildirib.
Bu ilin aprelində Rusiya Prezidenti Vladimir Putin hərbi uçotun vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənəd hərbi xidmətə cəlb olunanların elektron çağırış vərəqələri vasitəsilə xəbərdar edilməsinə imkan verir, həmçinin çağırışdan yayınanlar üçün bir sıra məhdudiyyətlər tətbiq edir. Belə ki, üzrlü səbəb olmadan hərbi komissarlığa gəlməməyə görə hərbi xidmətdən yayınanlara müvəqqəti məhdudiyyətlər qoyulacaq: fərdi sahibkar kimi qeydiyyata alınma, nəqliyyat vasitələrinin və daşınmaz əmlakın qeydiyyatı, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması və imtina edilməsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.