BAKI, 6 iyul — Sputnik. Rusiya Federasiyası prezident administrasiyasının əməkdaşlarının bəyannamələrinin bir hissəsi yoxlanılıb, digər hissəsi isə prosesdədir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov "RİA Novosti"yə bildirib.
"Bəziləri yoxlanılıb, bəzilərində isə bu proses davam edir. İdarədə müvafiq şöbə mütəmadi olaraq işləyir".
Daha əvvəl Peskov bildirib ki, Kreml rəsmilərinin bəyannamələri üzrə yoxlamalar hələ də davam edir, proses uzun çəkir. Bəyannamələr aprelin 1-dək təqdim edilib, bundan sonra prezident administrasiyasının korrupsiyaya qarşı mübarizə şöbəsi onları yoxlamağa başlayıb.
Peskov, həmçinin, prezident administrasiyasının əməkdaşlarının martın 31-dən əvvəl gəlir bəyannaməsi təqdim etdiklərini, lakin bu bəyannamələrin ictimaiyyətə açıqlanmayacağını da bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.