RUSİYA

Kiyev mümkün qədər çox ölkəni münaqişəyə cəlb etməkdən ötrü hər şeyi edir

Kremlin sözçüsü Dmitri Peskov Vladimir Zelenskinin Bolqarıstana səfərini şərh edib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Kiyev rejimi mümkün qədər çox ölkəni birbaşa münaqişəyə cəlb etmək üçün əlindən gələni edir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Vladimir Zelenskinin Bolqarıstana səfərini şərh edərkən deyib.
"Bir çox ölkələr birbaşa və ya dolayı yolla münaqişəyə giriblər. Onlar bu mövzunu bolqarlarla da müzakirə edəcəklər. Prinsipcə, bütün bu müzakirələr heç bir şəkildə XHƏ-nin nəticələrinə təsir etməyəcək. Müharibə bölgəsindəki mövcud vəziyyət bunu çox gözəl təsdiqləyir" – deyə o, fikrini bildirib.
Xatırladaq ki, Zelenskinin Bolqarıstana səfəri ilə bağlı məlumatı əvvəllər respublikanın baş naziri Nikolay Denkov da təsdiqləyib.
Bir müddət əvvəl "Rosenerqoatom"un baş direktorunun müşaviri Renat Karçaa bildirib ki, uğursuz əks-hücum əməliyyatına görə Kiyev NATO-nu Ukraynadakı münaqişəyə cəlb etməlidir. Bunun üçün isə Kiyev hakimiyyəti Zaporojye AES-də vəziyyətin gərginləşməsindən istifadə etmək istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.