SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Bəyannaməsi qəbul edilib

QH-nin Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilib.
Sputnik
BAKI, 6 iyul - Sputnik. Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilib.
Toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
Tədbirə digər ölkələrin nümayəndə heyətləri də qatılıb.
İki gün davam edən tədbirin yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Qoşulmama Hərəkatına üzv ölkələrin Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının layihəsi də qəbul olunub.
Həmçinin Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sənəd (xatirə bəyannaməsi) qəbul olunub.
Qeyd edək ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Görüşdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlər qəbul edilib.
18:46
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilir.
Toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
Tədbirə digər ölkələrin nümayəndə heyətləri də qatılıb.
Toplantıda Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb (Report).
SİYASƏT
Fransa beynəlxalq hüquqa hörmət edən ölkə deyil - Rok Vamiton