CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daimi yaşayıb vətəndaşlığı olmayan şəxslərin sayı azalır - Nazir müavini

Daxili işlər nazirinin müavini ümid edir ki, gələn ilin sonunadək respublikamızda vətəndaşsızlığa son qoyulacaq.
Sputnik
BAKI, 6 iyul — Sputnik. 2022-ci ildə və 2023-cü ilin 6 ayı ərzində vətəndaşlığı olmayan şəxslər tərəfindən şəxsiyyət vəsiqəsi əldə etmək üçün Daxili İşlər Nazirliyinə cəmi 11 nəfər müraciət edib.
Bunu Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev vətəndaşsızlıq üzrə yüksək səviyyəli konfransda deyib.
O qeyd edib ki, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin sayı azalmaqda davam edir: "Ümid edirəm ki, səylərimiz nəticəsində gələn ilin sonunadək yekun hədəfə çatılacaq, respublikamızda vətəndaşsızlığa son qoyulacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.