BAKI, 5 iyul — Sputnik. "Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik". Bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında bildirib.
O, bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman Azərbaycanın Tehrandakı səfirliyinə hücuma da toxunduqlarını qeyd edib.
"Mən bəyan etdim ki, biz bu insidentdən hiddətlənmişik və təəssüflənmişik. Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs ağır şəkildə cəzalanacaq və məsuliyyətə cəlb olunacaq", - o qeyd edib.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.