SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Suriya bir xalqın kollektiv cəzalandıırlmasına və blokadasına qarşıdır - XİN rəhbəri

XİN rəhbəri bildirib ki, Suriya hazırda ədalətsiz müharibənin öhdəsindən gəlməyə çalışır.
Sputnik
BAKI, 5 iyul - Sputnik. Suriya ədalətsiz müharibənin öhdəsindən gəlməyə çalışır. Suriyanın xarici işlər naziri Faysal Miqdad belə bir açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, müharibə Suriya iqtisadiyyatını bərbad vəziyyətə salıb, insanlar öz yurd-yuvalarını tərk etm'yə məcbur olub.

"Suriya bir xalqın kollektiv cəzalandıırlmasına və blokadada saxlanmasına qarşıdır. Bu gün ərəb ölkələrinin torpaqları qonşuları tərəfindən işğala məruz qalıb", - deyə XİN rəhbəri Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin iclasında deyib.

Suriya qoşulmama hərəkatına üzv ölkələrinin birgə fəaliyyəti nəticəsində dünyada ədalətin, əsas insan hüquqlarına hörmətin, dövlətlərin ərazi bütövlüyünün qorunmasının təmin olunacağına inanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.