RUSİYA

Peskov Cinpinin Putinə nüvə silahı ilə bağlı xəbərdarlığı barədə məlumatları təkzib edib

Kremlin sözçüsü bildirib ki, liderlər arasında danışıqların mahiyyəti Çin rəhbərinin səfərinin yekunlarına dair sənədlərdə öz əksini tapıb.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin guya Rusiya Prezidenti Vladimir Putini Ukraynada nüvə silahından istifadə etməməsi ilə bağlı xəbərdar etdiyinə dair iddialar uydurmadır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Mən bunu təsdiq edə bilmərəm. Sadəcə sizə onu deyə bilərəm ki, sədr Sinin Moskvaya bu vacib səfəri barədə kifayət qədər çox məlumat verilib, mətbuata açıqlamalar təqdim edilib. Danışıqların mahiyyəti bəyanatın nəticələrinə əsasən qəbul edilən sənədlərdə aydın şəkildə göstərilib. Məlumatlar çoxdur, digər məlumatlar isə uydurmadır", - deyə Kremlin nümayəndəsi bildirib.

Bu yaxınlarda "Financial Times" qəzeti Si Cinpinin guya Putinə Ukraynada nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, bu ilin martında Çin liderinin Moskvaya səfəri zamanı siyasətçilər bu məsələni müzakirə ediblər. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ÇXR sədri Ukraynadakı münaqişədən narahatdır.
Xatırladaq ki, Rusiya prezidentnin sözlərinə görə, əgər ölkənin təhlükəsizliyinə təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər, lakin hələlik Moskvanın buna ehtiyacı yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.