RUSİYA

Medvedev: ABŞ Kiyevə silah tədarükünü dayandırsa, XHƏ bir neçə günə başa çatacaq

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yerləşdirdiyi “Düşmən analitiklərinə cavab” adlı videoda açıqlama verib.
Sputnik
BAKI, 5 iyul — Sputnik. ABŞ və onun vassalları Ukraynaya silah tədarükünü dayandırsalar, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı (XHƏ) cəmi bir neçə aya başa çatacaq. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə hesab edir.
Onun qənaətinə görə, əgər silah tədarükü indi dayandırılsa, hərbi əməliyyatlar hətta bir neçə günə başa çata bilər.

"Əgər NATO, ilk növbədə ABŞ və onun vassalları Ukraynaya silah və məhvetmə vasitələri tədarükünü dayandırsaydılar, o zaman xüsusi hərbi əməliyyat cəmi bir neçə aya başa çatacaqdı. Əgər onlar silah tədarükünü indi dayandırsalar, XHƏ bir neçə gündən sonra başa çatacaq”, - deyə Medvedev özünün “Telegram” kanalında yerləşdirdiyi “Düşmən analitiklərinə cavab” adlı videoda bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.