AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev: BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir

Sputnik
“Biz BMT Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən nazirlər iclasında söyləyib.
"Şadam ki, bu idea ilə bağlı dünyada artan konsensus var. Əvvəllər qeyd etdiyim kimi, BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT TŞ-də veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar", - İlham Əliyev bildirib.