AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət başçısı: Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni seperatizmini dəstəkləyir

Sputnik
“Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə müdaxilə edir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən nazirlər iclasında deyib.
"Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni seperatizmini dəstəkləyərək geosiyasi rəqabət, xarici hərbi mövcudluq və orientalizm müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”, - Prezident deyib.