AZƏRBAYCAN XƏBƏRLƏRİ

Deputatlar Özbəkistanda növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər

Deputatlar seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcəklər.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Elman Nəsirov, Arzu Nağıyev MDB PA-nın xətti ilə, Fazil Mustafa, Anar Məmmədov TÜRKPA-nın xətti ilə iyulun 9-da Özbəkistan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Deputatlar seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.