BAKI, 5 iyul — Sputnik. Suda boğulan insanı kənara çıxardıqdan sonra ilk növbədə təşvişə düşməmək lazımdır. Oksigen səviyyəsi azaldığından ətrafdakı insan çoxluğunu seyrəltmək lazımdır. Boğulan şəxsin sinəsinə basaraq suyu çıxarmaq yanlış hərəkətdir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.
İlkin yardım qaydasından danışan mütəxəssis bildirib ki, təcili tibbi yardıma xəbər verəndən sonra ilk növbədə boğulan insanın huşunun özündə olub-olmamasına diqqət yetirilməlidir:
"Əgər həmin şəxsin huşu özündədirsə, nəbzi vurursa üzü aşağı dizin üstünə yatırıb kürəyinə vuraraq tənəffüs yolundan və mədəsindən suyu çıxarmağa çalışmaq lazımdır. Xəstənin huşu özündə deyilsə, nəbzi, tənəffüsü yoxdursa, arxası üstə uzadıb başını bir az sağa yönəldərək süni nəfəs verilməli, ürək masajı edilməlidir".
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.