Mətbuat mərkəzi

Bakıda və Abşeronda seysmik vəziyyət

Tanınmış seysmoloq və ekoloq Ənvər Əliyev "Sputnik Azərbaycan"ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında paytaxt və ölkə sakinlərinə təkrar təkanların gözləyib-gözləmədiyi barədə məlumat verəcək.
Sputnik
BAKI, 5 iyul — Sputnik. İyulun 4-də gecə yarısı Azərbaycanda zəlzələ baş verib. Zəlzələnin episentri Xəzər dənizində, Azərbaycan və Dağıstan sərhədi yaxınlığında, gücü 5,5 bal olub.
Ən güclü təkanlar Xaçmazda hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Zəlzələ Azərbaycanın digər şimal-şərq və şərq rayonlarında da hiss olunub. Bakı sakinləri də yeraltı təkanları hiss ediblər.
Tanınmış seysmoloq və ekoloq Ənvər Əliyev iyulun 6-da, saat 12.00-da "Sputnik Azərbaycan"ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Bakı və Abşeron yarımadasında mövcud seysmoloji vəziyyət barədə danışacaq, paytaxt və ölkə sakinlərini təkrar təkanların gözləyib-gözləmədiyi barədə məlumat verəcək.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.