SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda Türkiyə və İran XİN başçıları arasında görüş keçiriləcək

Görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş keçiriləcək.
Görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, Türkiyə XİN başçısının digər ölkələrdən olan həmkarları ilə də görüşləri baş tutacaq.
Qeyd edək ki, Hakan Fidan və Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.