AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər iclası keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edir.
Sputnik
BAKI, 5 iyul - Sputnik. İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edir.
Tədbirdən əvvəl Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər iclasında iştirak edəcək nazirlər ailə fotosu çəkdiriblər.
Nazirlər görüşündə Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.