CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı reper İstanbulda yenidən saxlanıldı

Polis bölməsindəki prosedurlardan sonra məhkəmə binasına aparılan Əlizadə ifadəsindən sonra sərbəst buraxılıb. O, xarici ölkə vətəndaşı olduğu və cinayətdə əli olduğu əsas gətirilərək ölkəsinə göndərilmək aidiyyatı quruma təhvil verilib.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Türkiyədə fəaliyyət göstərən və ötən ay kliplərində narkotik istifadəni təşviq etdiyi üçün saxlanıldıqdan sonra sərbəst buraxılan reper Asya Əlizadə barəsində İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən may ayında kliplərində narkotik istifadəsini təşviq etmə cinayəti ilə bağlı istintaq başladılıb.
İstintaq çərçivəsində İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları Asya Əlizadənin kliplərinə baxış keçirib. Araşdırma zamanı müəyyən edilib ki, Əlizadə kliplərindən birində ingilis dilində "like marihuana" ifadəsini işlədib.
Barəsində həbs qətimkan tədbiri seçilən Əlizadəni Ataşehirdə yerləşən evindən çıxmamaq şərti ilə nəzarətə alıb.
Polis bölməsindəki prosedurlardan sonra məhkəmə binasına aparılan Əlizadə ifadəsindən sonra sərbəst buraxılıb. O, xarici ölkə vətəndaşı olduğu və cinayətdə əli olduğu əsas gətirilərək ölkəsinə göndərilmək aidiyyatı quruma təhvil verilib.
Lakin burada proses davam edərkən hər gün polis idarəsinə getməli olan Asya Əlizadə bu şərti yerinə yetirməyib. Əlizadə bu gün səhər saatlarında yenidən Ataşehirdəki evində saxlanılıb.
Polisin keçirdiyi əməliyyatlardan sonra onun yenidən əyalət immiqrasiya idarəsinə təhvil veriləcəyi bildirilib.
Qeyd edək ki, sözügedən sənətçi may ayında mahnısında narkotik təbliği etdiyi üçün həbs edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.