BAKI, 4 iyul — Sputnik. Ukraynanın pilotsuz uçuş aparatlarının Moskva vilayətinə və Yeni Moskvaya hücumunu terror aktıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, Kiyev mülki infrastruktur obyektlərinin yerləşdiyi əraziyə, o cümlədən xarici reysləri qəbul edən hava limanına hücum etməyə cəhd edib.
Zaxarovanın fikrincə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Qərb ölkələri terroru maliyyələşdirirlər.
"Dünya ictimaiyyəti başa düşməlidir ki, Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – terrorçu rejimi maliyyələşdirirlər", – deyə o, özünün "Teleqram" kanalında yazıb.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirib ki, çərşənbə axşamı Yeni Moskva və Moskva vilayətində Ukrayna pilotsuz təyyarələrinin növbəti hücum cəhdi edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi beş Ukrayna pilotsuz təyyarəsinin Rusiya qüvvələri tərəfindən məhv edildiyini bildirib. Onlardan biri radioelektron mübarizə vasitəsi ilə sıradan çıxarılıb. Tələfat və dağıntı olmayıb.