BAKI, 4 iyul — Sputnik. Türkiyə və Misir Ərəb Respublikası iki ölkə arasında diplomatik əlaqələrin səfirliklər səviyyəsinə qaldırıldığını elan edib. Bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyə Qahirəyə səfir vəzifəsinə Salih Mutlu Şenin, Misir isə Ankaraya səfir vəzifəsinə Əmr Elhamaminin namizədliyini irəli sürüb.
İki ölkə prezidentinin qəbul etdiyi qərara uyğun olaraq ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin yüksəldilməsi praktiki olaraq həyata keçirilib.
Türkiyə XİN-dən bildirilib ki, bu addım iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yönəlib və ikitərəfli münasibətləri Türkiyə və Misir xalqlarının maraqlarına uyğun inkişaf etdirmək üçün qarşılıqlı iradəni əks etdirir.