BAKI, 4 iyul — Sputnik. Çin lideri Si Cinpin ŞƏT sammitində çıxış edərkən rəngli inqilablara qarşı çıxıb. O, digər dövlətlərin daxili işlərinə kənardan müdaxilə olunmasının yolverilməzliyinə də işarə edib.
Bu barədə çərşənbə axşamı "RİA Novosti" məlumat yayıb.
"Kənardan müdaxilə etmək və istənilən bəhanə ilə rəngli inqilabları ruhlandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxmaq lazımdır", - deyə Çin prezidenti vurğulayıb.
Xatırladaq ki, ŞƏT-ə üzv olan Dövlət Başçıları Şurasının iclası virtual formatda keçirilir. Hindistan ötən ilin sentyabrından təşkilata sədrlik edir.
Bundan əvvəl ŞƏT sammitində Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi bildirilib.