RUSİYA

Rusiya Yeni Dehli Bəyannaməsi layihəsini dəstəkləyir - Putin

Hazırkı Dövlət Başçıları Şurası üçün hazırlanmış möhkəm sənədlər və qərarlar paketinin həyata keçirilməsi, şübhəsiz ki, ŞƏT çərçivəsində strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yeni Dehli Bəyannaməsi layihəsini dəstəkləyir və bu Bəyannamədə iştirakçı ölkələr arasında gələcək qarşılıqlı fəaliyyətin məqsəd və vəzifələri müəyyən edilir. Bunu Rusiya Prezidenti Vladimir Putin təşkilatın sammitində deyib.
"Rusiya qarşılıqlı fəaliyyətimizin dünya miqyasında daha da inkişafı üçün məqsəd və vəzifələri müəyyən edən, aktual beynəlxalq problemlərə birləşdirilmiş yanaşmaları əks etdirən Yeni Dehli Bəyannaməsinin layihəsini dəstəkləyir", - Rusiya dövlətinin başçısı bildirib.
Putin çıxışının əvvəlində görüşün təşkilinə görə Hindistanın Baş naziri Narendra Modiyə təşəkkür edib və Hindistanın ŞƏT-də sədrlik fəaliyyətini müsbət qiymətləndirib.
"Hazırkı Dövlət Başçıları Şurası üçün hazırlanmış möhkəm sənədlər və qərarlar paketinin həyata keçirilməsi, şübhəsiz ki, ŞƏT çərçivəsində strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək", - Rusiya prezidenti vurğulayıb.
Bu il təşkilata Hindistan sədrlik edir. Qarşıdan gələn sammitdə İranın təşkilata yeni üzv olacağı gözlənilir.
ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Bu günə qədər təşkilata səkkiz ölkə daxildir: onun təsisçiləri Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan, həmçinin 2017-ci ildə qoşulan Hindistan və Pakistandır.