RUSİYA

Rusiya XİN: “Taxıl müqaviləsi”nin uzadılması üçün heç bir əsas yoxdur

Bu şərtlər daxilində, iyulun 17-də başa çatan Qara Dəniz Təşəbbüsünündavam etdirilməsi üçün heç bir əsasın olmadığı açıq-aydın görünür.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Moskva iyulun 17-də müddəti başa çatacaq "taxıl sazişi"nin icrasını davam etdirmək üçün heç bir səbəb görmür. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiya-BMT Memorandumunda nəzərdə tutulmuş dünya bazarlarına Rusiyanın ərzaq və gübrə tədarükünün normallaşdırılması ilə bağlı vəziyyət pisləşməkdə davam edib", - Rusiya XİN-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, 2022-ci ilin iyulundan Aİ Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracını əngəlləyən ABŞ və Böyük Britaniyanın daim genişlənən ekstraterritorial məhdudiyyətlərinə əlavə olaraq beş yeni anti-Rusiya sanksiyaları paketi təqdim edib.
Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri, Toqliatti-Odessa ammonyak boru kəmərinin bərpası, nəqliyyat logistikası və sığorta, aktivlərin sərbəst buraxılması daxil olmaqla ilk üç məsələ açıq şəkildə gündəmdən çıxarılıb, qalan ikisi üzrə isə heç bir irəliləyiş əldə olunmayıb", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
"Bu şərtlər daxilində, iyulun 17-də başa çatan Qara Dəniz Təşəbbüsünündavam etdirilməsi üçün heç bir əsasın olmadığı açıq-aydın görünür", - XİN-in saytında dərc olunan bəyanatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, eyni zamanda, Rusiya tərəfi sazişin tərəfi kimi öz öhdəliklərinə vicdanla və məsuliyyətlə yanaşmaqda davam edir, prosedur qaydalarına uyğun olaraq lazımi səyləri göstərir ki, müqavilədə iştirak edən bütün gəmilər missiyasını uğurla başa vursun.
"Rusiya-BMT Memorandumu, bildiyiniz kimi, 3 il müddətinə nəzərdə tutulub və onun uzadılması üçün xüsusi qərarlar tələb olunmur", - Rusiya XİN-dən bildiriblər.