RUSİYA

Putin Rusiyanın qalib gələcəyinə əmin olduğunu ifadə edib

Rusiya prezidenti "RXTDQA" məzunları ilə görüş keçirib.
Sputnik
BAKI, 4 iyul — Sputnik. RF prezidenti Vladimir Putin Rusiyanın qələbə qazanacağına inandığını bildirib.
Bunu Rusiya Federasiyasının lideri iyulun 4-də Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) Ali Dövlət İdarəçilik Məktəbinin (ADİM) məzunları ilə görüşündə deyib.
"Mən əminəm ki, biz qalib gələcəyik", - deyə Xerson vilayətinin hökumət başçısının müavini Semyon Mashkautsan çıxışının sonunda qeyd edib.
"Semyon Alekseyeviç, buna heç bir şübhə yoxdur", - deyə Rusiya lideri regional hökumət başçısının müavininin açıqlamasına cavab verərkən deyib.
Xatırladaq ki, hələ bu ilin yanvarında Putin xüsusi hərbi əməliyyatda (XHƏ) ölkəmizin qələbəsinin qaçılmaz olduğunu bildirib. O zaman dövlət başçısı qeyd edib ki, xalqın birliyi və həmrəyliyi, o cümlədən Rusiya döyüşçülərinin şücaəti və qəhrəmanlığı bu cür prosesə töhfə verir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.