RUSİYA

Pamfilova: Dünyanın taleyi 2024-cü ildə Rusiya prezident seçkilərindən asılı olacaq

MSK sədrinin sözlərinə görə, bunlar "adi seçkilər" deyil.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Təkcə Rusiyanın deyil, bütün dünyanın gələcək taleyi gələn il keçiriləcək prezident seçkilərindən asılı olacaq.
Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova iyulun 3-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Bu, vətənpərvərlik və məsuliyyət hissidir, qarşıdan gələn prezident seçkilərinin sadəcə adi bir prezident seçkiləri olmadığını və təkcə Rusiyanın deyil, dünyanın uzun illər taleyinin bundan asılı olacağı seçkilər olduğunu dərk etməkdir", - deyə MSK sədri bildirib.
Pamfilova onu da qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bu faktı anlayır.
Rusiya lideri ilə görüşdə Pamfilova "Seçkilər" rəqəmsal sisteminin prezident seçkilərinə hazır olacağını da söyləyib.