BAKI, 4 iyul — Sputnik. Çin tərəfi Aİ diplomatı Cozep Borrellin iyulun 10-da Çinə baş tutmalı olan səfərini ləğv edib. Bu barədə "Reuters" agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
"Təəssüf ki, çinli həmkarlarımızdan gələn həftə planlaşdırılan tarixlərdə səfərin artıq mümkün olmadığı və alternativlər axtarmalı olmağımız barədə məlumat aldıq", - Avropa Komissiyasının sözçüsü Nabila Massrali deyib.
Lakin o, səfərin hansı tarixlərə dəyişdirilə biləcəyini açıqlamayıb.
Bundan əvvəl media Aİ-nin Çindəki səfiri Xorxe Toledoya istinadən xəbər vermişdi ki, Borrell gələn həftə Çinə səfər edərək Çinin xarici işlər naziri Sin Qan, eləcə də digər rəsmilərlə görüşəcək.