BAKI, 3 iyul — Sputnik. Roma Papası Fransisk Stokholmda Quranın yandırılması ilə bağlı hadisədən qəzəbləndiyini bildirib. Bu barədə o, "Əl-İttihad" qəzetinin baş redaktoru Həməd əl-Kaabiyə müsahibəsində bildirib.
Roma Papası qeyd edib ki, söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir:
"Bu cür hərəkətlərə görə qəzəblənirəm, iyrənirəm. Xalqın müqəddəs saydığı istənilən kitaba, dindarlara hörmət baxımından hörmətlə yanaşmaq lazımdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir"
Qeyd edək ki, iyunun 28-də Qurban bayramı günündə Stokholmun mərkəzindəki meydanda polisin icazəsi ilə Quranın yandırılması aksiyası keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.