DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Rusiya Federasiyası ilə münasibətlərin bərpasını gözləyir

Polşanın keçmiş xarici işlər naziri və Avropa Parlamentinin üzvü Vitold Vaşçikovskinin fikrincə, Qərb Ukraynaya bütün vədlərə baxmayaraq, Rusiya ilə münasibətlərin bərpasını gözləyir.
Sputnik
BAKI, 3 iyul — Sputnik. Qərb Ukraynaya bütün vədlərə baxmayaraq, Rusiya ilə münasibətlərin bərpasını gözləyir.
Bunu Polşanın keçmiş xarici işlər naziri və Avropa Parlamentinin üzvü Vitold Vaşçikovski deyib.
"Artıq biz Ukraynanı münaqişəni dondurmağa, 2015-ci ildəki vəziyyəti təkrarlamağa, sonra isə Rusiya ilə müqavilə bağlamağa inandırmaq prosesinin şahidiyik", - deyə "Energetika24" portalı onun sözlərini sitat gətirib.
Avropa Parlamentinin deputatı hesab edir ki, Almaniyaya Moskva ilə yaxşı münasibətlər lazımdır. O, Rusiya Federasiyası ilə münasibətlərdə "biznes biznesdir" yanaşmasının qalib gələcəyinə əmindir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Kiyevi silahla təchiz etməkdən ötrü vaxt qazanmaq üçün Ukraynadakı münaqişəni dondurmaq istəyir.
Zaporojye vilayəti administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski XHƏ-nin sona çatmsında maraqlı deyil. Onun fikrincə, sülh dövründə Ukrayna lideri məhvə məhkumdur.