MƏDƏNİYYƏT

Opera və Balet Teatrı müsabiqə elan edib

Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcək
Sputnik
BAKI, 3 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.
Teatrdan bildirilib ki, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.
Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcək.
Qeyd edək ki, sənədlər iyulun 1-dən yalnız elektron qaydada azstateoperabaku@gmail.com qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.