BAKI, 3 iyul — Sputnik. Çinin müdafiə naziri Li Şanfu bazar ertəsi Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Nikolay Yevmenov ilə görüşüb.
Li Şanfu xatırladıb ki, Çin sədri Si Cinpin mart ayında Rusiyaya tarixi dövlət səfəri edib və bu səfər zamanı iki ölkə liderləri Çin-Rusiya münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı planını birgə müəyyən ediblər.
"Çin iki dövlət başçısının əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi üçün Rusiya ilə işləməyə və yeni dövrə qədəm qoyan Çin-Rusiya münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq məzmununu davamlı şəkildə zənginləşdirməyə hazırdır", - Çinin müdafiə naziri vurğulayıb.