BAKI, 3 iyul — Sputnik. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində "Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini" əvəzinə "Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" əlavə olunub.