BAKI, 3 iyul — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədi ilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, sahə üzrə 10 il, rəhbər vəzifədə 5 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.
Bu barədə ANAMA-dan məlumat verilib.
Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti (olduğu halda).
Məlumatda qeyd edilib ki, sənəd qəbulu cari ilin 15 iyul tarixinədək həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.