BAKI, 3 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələri onlardan Rusiyaya zərbələr endirilməsin deyə Almaniya Ukraynaya "Taurus" uzaqmənzilli qanadlı raketlərini verməyəcək.
Bunu bazar günü "ARD" telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.
"Biz tədarük etdiyimiz silahların Rusiya ərazilərini vurmaq üçün istifadə olunmasını istəmirik", - deyə siyasətçi bildirib.
Bundan əvvəl alman politoloq Aleksandr Rar da Almaniyanın Rusiya ilə birbaşa toqquşmaya getməyəcəyi ilə bağlı fikirlərini bildirmişdi.
"The Wall Street Journal" öz növbəsində ABŞ-ın Kiyevə "ATACMS" uzun mənzilli taktiki sistemlərin tədarükünü təsdiqləməyə həmişəkindən daha yaxın olduğunu yazıb.