DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaşıllıqlar arasında yaşamaq insanın bioloji yaşlanmasını ləngidir

Bu cür şəraitdə yaşayan insanların digərlərinə nisbətən bioloji cəhətdən 2,5 il cavan olduğu aşkara çıxıb.
Sputnik
BAKI, 2 iyul - Sputnik. ABŞ alimləri iddia edirlər ki, yaşıllıqlar arasında yaşayan insanlar həyatlarında yaşıllıq çatışmazlığı olanlardan orta hesabla 2,5 il daha çox yaşayırlar.
Bu barədə “Science Advances” jurnalı məlumat yayıb. Bildirilib ki, ağaclar və çiçəklər arasında qalmaq ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra və ürək xəstəliklərindən ölüm nisbətini azalda bilər, həmçinin bioloji qocalmanı ləngidir.
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri 1986-2006-cı illərdə araşdırma aparıblar. Tədqiqata cəlb olunanların bioloji qocalma dərəcəsini müəyyən etmək üçün qan testləri götürülüb.
Sonra təhlillərin nəticələri tədqiqat iştirakçılarının daimi yaşayış yerləri, onların pis vərdişləri, həyat tərzi və maddi gəlir səviyyəsinə dair məlumatlar ilə müqayisə edilib.
Araşdırma göstərib ki, yaşıllıqlar arasında yaşayan insanlar digərlərinə nisbətən bioloji cəhətdən 2,5 il cavandırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.