BAKI, 2 iyul - Sputnik. Fransada bir gecədə baş verən iğtişaşlar zamanı 700-dən çox adam saxlanılıb. RİA Novosti-nin ölkənin Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, gecə saatlarında 486 nəfərin həbs edildiyi bildirilirir.
Departamentin Twitter səhifəsində dərc olunan məlumatlarına görə, söhbət 719 həbsdən gedir.
Fransada iğtişaşlar, arxiv
© AP Photo / Aurelien Morissard
Xatrırladaq ki, çərşənbə axşamı səhər polis məmurları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyib. Təhlükəsizlik rəsmilərinin bildirdidiyinə görə, mərhum onların tələblərini yerinə yetirməkdən imtina edib.
Bundan sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 3,3 minə yaxın avtomobili, həmçinin polis və hökumət binalarını yandırıblar.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və ona yaxın ticarət mərkəzi talan edilib.
Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.
Ümumilikdə 2,4 minə yaxın insan saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.