BAKI, 2 iyul - Sputnik. Çinin Fucien vilayətində dənizdə dünyanın ən böyük külək enerjisi turbini quraşdırılıb.
Gücü 16 meqavat olan turbinin quraşdırılmasına iyunun 25-də start verilib.
Təxminən 10 min komponentdən ibarət olan və çəkisi 20 tona çatan turbin külək enerjisini elektrikə çevirən generatorla təchiz edilib.
Dirəyinin hündürlüyü 152 metr, pərinin uzunluğu 123 metr, mexanizm otağının və generatorunun birgə çəkisi isə 385 tondur.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.